Azərbaycan deputatları Rusiyada keçirilən prezident seçkilərini müşahidə edir - FOTO


Dünya 18 Mar 2018 14:39:50 254 0

Azərbaycan deputatları Rusiyada keçirilən prezident seçkilərini müşahidə edir - FOTO

Dövlət başçısı postuna 8 nəfər iddia edir

Azərbaycan deputatları Rusiyada keçirilən prezident seçkilərini müşahidə edir.

"Report"un Rusiya bürosu xəbər verir ki, müşahidə missiyasında Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərovun rəhbərlik etdiyi 6 deputatdan ibarət qrup iştirak edir.

MDB Parlamentlərarası Assambleyasından beynəlxalq müşahidəçi mandatını deputat Rauf Əliyev, Mixail Zabelin, Elmira Axundova, Əli Hüseynli və Sabir Hacıyev alıb.

Z.Əsgərov MDB ölkələri parlament sədrlərinin müşavirəsində Birliyin Parlamentlərarası Assambleyası missiyasının koordinatoru təyin olunub. Missiyanın tərkibinə ümumilikdə MDB-yə üzv dövlətlərin parlamentariləri və ali qanunverici hakimiyyət orqanlarından 40 müşahidəçi daxildir.

Dövlət başçısı postuna 8 nəfər iddia edir.