Dəhşətli "Noviçok" zəhərini hazırlayan erməni alim: "Yeni ölümlər ola bilər..."


Dünya 18 Mar 2018 12:22:45 307 0

Dəhşətli "Noviçok" zəhərini hazırlayan erməni alim: "Yeni ölümlər ola bilər..."

Ötən əsrin 90-cı illərində ABŞ-a mühacirət etmiş rusiyalı kimyəvi silah mütəxəssisi, Böyük Britaniyanın Solsberi şəhərində keçmiş rusiyalı casus, QRU polkovniki Sergey Skripalın və qızının zəhərlənməsi üçün istifadə olunan "Noviçok" kimyəvi silahı işləyib hazırlayanlardan biri Vil Mirzəyanovon yeni ölümlərin ola biləcəyi haqda xəbərdarlıq edib.

Virtualaz.org xəbər verir ki, Mirzəyanov BBC rus xidmətinə istinadən bildirib ki, əsəb sistemini iflic edən "Noviçok" maddəsi ilə bağlı Britaniya hökumətinin gördüyü ehtiyat tədbirləri yetərli deyil. Çünki bu maddənin hissəcikləri insan orqanizmi ilə təmas edibsə, onu dərhal yox, bir müddət sonra da öldürə bilər.

Bundan əvvəl Britaniya hökuməti Skripalın və qızının zəhərəndiyi yerin yaxınlığında olan şəxslərə paltarlarını yumağa, yuyulması mümkün olmayan əşyaları yandırmağa çağırıb. Mirzəyanov deyir ki, bu tədbirlər kifayət deyil. Çünki hadisə yerində kimyəvi mühafizə kostyumunda işləyən mütəxəssislərə təhlükə yoxdur, amma sadə insanların həyatına real təhdid var. "Həmin adamları hökmən klinik şəraitdə müayinə etmək və bir müddət orada, müşahidə altında saxlamaq lazımdır. Təəsüf ki, bu maddə bir müddət sonra hərəkətə keçə bilir", - Mirzəyanov bildirir.

Bu dəhəştli kimyəvi silahın hazırlanmasında iştirak edən erməni alimin dediyinə görə, "Noviçok"un hissəcikləri insan dərisinə çökə və sonradan sakitcə orqanizmə keçərək ölümə səbəb ola bilər. Onun sözlərinə görə, Solsberidə hansısa formada bu maddənin hissəcikləri ilə təmasda olanların hamısı təhlükə altınddır.