Təzə maşın qiymətinə konfet


Digərləri 17 Mar 2018 23:33:00 415 0

Təzə maşın qiymətinə konfet

Dünyanın ən bahalı konfeti Portuqaliyanın Obiduş şəhərində keçirilən şokolad festivalında nümayiş etdirilib. Bu şirniyyatın qiyməti 7728 avrodur.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Portuqaliyalı şirniyyat ustası Daniel Qomeşin hazırladığı konfet romb şəklindədir.

Konfetin qiyməti onun inqrediyentlərinə görə bahadır. Bura zəfəran, ağ trüfel, Madaqaskar vanili və s. daxildir.