Qan analizi verərkən olunan səhvlər


Digərləri 17 Mar 2018 20:10:00 304 0

Qan analizi verərkən olunan səhvlər

İstənilən problem üçün istənilən həkimə getdikdə ilk növbədə qan analizi veriməsi istənilir. Ən müxtəlif xəstəliklərin diaqnozu analizlərlə qoyulur. Bəzən bir klinikada bir nəticə, digərində ayrı nəticə olur. Ümumiyyətlə, pasiyentlər doğru-düzgün analiz verməyin qaydalarından bixəbərdir.

Həkimlər isə eləsi var bu barədə məlumat verir, eləsi də var xəstə saat 3-də klinika gəlməsinə baxmayaraq müəyyən qaydaları gözləmədən analizə göndərir. Halbuki hər analizin verilmə vaxtı və şərtləri var. Bunlara riayət etmədən düzgün nəticə və doğru diaqnoz almaq mümkün deyil.   

Son.az medicina.az-a istinadən bildirir ki, həkim terapevt Aqşin Salmanov qan və digər analizlərin vacib qaydalarından danışıb. Həkim bunlara diqqət yetirməyin vacibliyini bildirdi. Pasiyent özü bu informasiyanı bilsə bəzən həkimin səhvinin qarşısını ala bilər.    Analiz vermədən öncə hər kəsin riayət etməli olduğu şərtlər:

1. Qan analizini səhər-səhər acqarına, son qida qəbulundan 8-10 saat keçdikdən sonra vermek məsləhətdir. Bəzi analizləri: (AKTH, STH, kartizol, paratohormon, aldosteron, renin, TTQ, xolesterin, LDL,VLDL, HDL, triqliserid, apolipoprotein A1,apolipoprotein B, lipoprotein (a)) günün başqa vaxtı, ancaq mütləq qida qəbulundan ən azı 6 saat keçdikdən sonra vermək olar. Bu müddətdə ancaq su içmək olar (qəhvə, şirin çay, şirələr qanın ümumi göstəricilərinə təsir edə bilər).

2. Qanın Ümumi analizini vermək üçün yemək yedikdən sonra 4 saat keçməlidir.

3. Müayinədən 1-2 gün öncə rasiondan yağlı, qızardılmış qidaları çıxarmaq, alkoqol içməmək məsləhətdir.

4. Qanı dərman preparatlarının qəbulundan əvvəl vermək lazımdır. Yaxud dərmanın qəbulundan 10-14 gün sonra. Əgər Siz dərman qəbul etmisinizsə mütləq həkimə xəbərdarlıq etməlisiniz.

5. Qan analizini USM, Rentgen, Fizioterapiya müayinələrindən sonra vermək olmaz!

6. Menstrual tsiklin fazasından asılı olaraq müayinənin nəticələri dəyişə bilər. Odur ki: FSH, LH, prolaktin, sərbəst estriol, estradiol, progesteron, testosteron, 17-oksiprogesteron. Bu hormonları vermək üçün tsiklin günü, hamilə qadınlarda isə hamiləliyin müddəti Həkim-ginekoloqun nəzarətində olmalıdır.

7. Hər hansı bir infeksion xəstəliyə şübhə olarsa, antitelin müayinələri aparılır. Yoluxmanın vaxtından və bədənin immunetitetindən asılı olaraq müayinələrin nəticələri Neqativ ola bilər. Amma, nəticələrin Neqativ olması infeksiyanın olmamasını istisna etmir. Müayinəni 2-3 həftə sonra təkrar vermək məsləhət görülür.

8. Müayinədən əvvəl fiziki aktivliyi azaltmaq, emosional sakitlik daha məqsədə uyğundur.

9. Müayinədən minimum 1 saat öncə siqaret çəkmək qadağandır.