Vaqif Mustafazadəyə həsr olunmuş konsert keçirilib (FOTO)


Digərləri 17 Mar 2018 19:48:46 278 0

Vaqif Mustafazadəyə həsr olunmuş konsert keçirilib (FOTO)

Beynəlxalq Muğam Mərkəzində Vaqif Mustafazadəyə həsr olunmuş gözəl konsert keçirilib.

Bakı. Beynəlxalq Muğam Mərkəzində Vaqif Mustafazadəyə həsr olunmuş gözəl konsert keçirilib. Trend-in məlumatına görə, martın 15- də Beynəlxalq Muğam Mərkəzində V.Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbinin müəllim və şagird heyətinin konserti keçirilib. Beynəlxalq Muğam Mərkəzində caz və caz-muğam konsertləri tez-tez keçirilir. Türkiyə, ABŞ, Belçika, Fransa kimi ölkələrdən gələn ifaçılar Muğam Mərkəzinin səhnəsində uğurla çıxış ediblər. Ənənəyə sadiq qalaraq bu il də Muğam Mərkəzində bəstəkar, pianoçu, caz-muğam üslubunun yaradıcısı, Azərbaycanın Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günü ərəfəsində görkəmli musiqiçinin yaradıcılığına həsr olunmuş konsert keçirilib. Muğam Mərkəzində keçirilən gecədə V.Mustafazadənin əsərləri,müxtəlif caz kompozisiyaları məktəbin şagird və tələbələri Fidan Babayeva, Təranə Qədimova, Natəvan Osmanova,Əli Salaylı, Dərya Hüseynova, Fatimə Quliyeva, Fərəh Əzizova, Nazim Əzimov, Natəvan Cəbizadə, Nurlan Cəfərli, Sevinc Məmmədova, Aysel Sadıqova, Leyla Süleymanlı, Məhəmməd Hacızadə, Amina Safiquliyeva, Dəniz Abbasova, Oğuz Qədimli, Zərifə Gərayeva, Tomriz Mütəllibzadə, Leyla Kərimli, Ləman Əhmədxanova və Sənan Eyvazovun ifasında səslənib.