Çayxorlara MƏSLƏHƏT: bu çayı için
Digərləri 17 Mar 2018 19:15:00 249 0
Mədənizdə narahatlıq varsa və köpdən əziyyət çəkirsinizsə, sizə cirə çayını məsləhət görürük.
Son.az lent.az-a istinadən xəbər verir ki, cirə çayı qaz dağıdan xüsusiyyətə sahib olub mədə və bağırsaq qazlarına qarşı faydalıdır. Mədə narahatlığı olan şəxslər gündə 2-3 dəfə cirə çayı içməklə bu problemdən xilas ola biləcək. Cirə həzm probleminin təbii dərmanıdır. Qazı yox edən, mədəni gücləndirən və öskürəyi aradan qaldıran təsirə malikdir.
Qaz problemi və köpü olan uşaqlara da cirə çayı içirmək məsləhətdir. Uşaqlar üçün çay hazırlayarkən, 1 çay qaşığı cirə toxumunu 1 stəkan qaynar suda dəmləməniz kifayətdir. Böyüklər üçün isə yaxşıca əzilmiş 1-2 çay qaşığı cirəni 1 stəkan qaynar suda 8-10 dəqiqə dəmləyin, sonra süzün. İçərisinə şəkər tozu və bal əlavə edilərək içilir.
Mənbə: milli.az