Qadının bank hesabından pul oğurlayan şəxs saxlanıldı


Digərləri 17 Mar 2018 18:50:00 212 0

Qadının bank hesabından pul oğurlayan şəxs saxlanıldı

Nizami (Gəncə) Rayon Polis İdarəsinə müraciət edən Gəncə şəhər sakini S.Hüseynalıyeva bank hesabından 791 manat pulunun çıxarılaraq oğurlandığını bildirib.

DİN-dən Son.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun şəhər sakini Əfqan Məmmədov olduğu müəyyən edilib.