Rusiya 23 Britaniya diplomatını ölkədən çıxarır


Dünya 17 Mar 2018 18:20:00 235 0

Rusiya 23 Britaniya diplomatını ölkədən çıxarır

Böyük Britaniya hökumətinin 23 Rusiya diplomatını ölkədən çıxarmaq qərarına cavab olaraq Moskva da analoji addım atıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Rusiya Britaniyanın 23 diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul edilib.

Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, ölkədən çıxmaq üçün diplomatlara bir həftə vaxt verilib. Qərar açıqlanmazdan bir neçə saat öncə isə, Britaniyanın Rusiyadakı səfiri Lauri Bristou xarici işlər nazirliyinə çağırılıb.