MSK sədri: Prezident seçkilərini 115 beynəlxalq müşahidəçi izləyəcək


Digərləri 17 Mar 2018 17:28:00 184 0

MSK sədri: Prezident seçkilərini 115 beynəlxalq müşahidəçi izləyəcək

Mərkəzi Seçki Komissiyasında (MSK) 115 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Bakı. Elçin Mehdiyev - Mərkəzi Seçki Komissiyasında (MSK) 115 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Trend-in məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, akkreditasiyadan keçən müşahidəçilər 36 ölkəni təmsil edir. M.Pənahov qeyd edib ki, MSK-da akkreditasiyadan keçən yerli müşahidəçilərin sayı 615-dir. Onun sözlərinə görə, ölkə üzrə akkreditasiyadan keçən müşahidəçilərin sayı isə 42 mindən artıqdır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin