Ailə NET internetin sürətini artırır


Digərləri 17 Mar 2018 16:40:00 285 0

Ailə NET internetin sürətini artırır

Ailə NET Novruz bayramı ərəfəsində yenilik tətbiq edib. Baharın gəlişi ilə internet tariflərini təzələyən provayder, qiymətləri daha sərfəli edib.

Bakı. Ailə NET Novruz bayramı ərəfəsində yenilik tətbiq edib. Baharın gəlişi ilə internet tariflərini təzələyən provayder, qiymətləri daha sərfəli edib. "Caspian Telecom"un mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 17 Mart 2018-ci il tarixindən etibarən Ailə NET abunəçiləri eyni qiymətə daha sürətli fiber-optik internetdən istifadə edəcəklər. Belə ki, aylıq 18 azn təşkil edən, minimal 10 Mbit/s internet tarifi artıq 15 Mbit/s-dək daha sürətli olacaq. Gecə saatları isə, 00:00-dan 12:00-dək sürət daha da artaraq 20 Mbit/s-dək yüksələcək. Daha yüksək Ailə NET internet tariflərində də sürət artımı olmuşdur, yenilənmiş tariflərlə ətraflı http://aile.tv/tariffs internet səhifəsində tanış olmaq mümkündür.