Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi yekunlaşıb


Digərləri 17 Mar 2018 15:16:57 266 0

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi yekunlaşıb

11 və 26 yanvar 2018-ci il tarixində 77 dövlət orqanında mövcud olan 1315 vakant vəzifə üzrə müsabiqənin müsahibə elanı üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibə mərhələsi başa çatıb.

Bakı. İlhamə İsabalayeva - 11 və 26 yanvar 2018-ci il tarixində 77 dövlət orqanında mövcud olan 1315 vakant vəzifə üzrə müsabiqənin müsahibə elanı üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibə mərhələsi başa çatıb. DİM-dən Trend-ə verilən məlumata görə, müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional bölmələri, Mingəçevir, Quba regional “ASAN” xidmət mərkəzi daxil olmaqla 18 müxtəlif yerdə təşkil edilib. Dövlət İmtahan Mərkəzi ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, şəffaflığın təmin edilməsinə, habelə görülən işlərlə bağlı ictimai nəzarətin təşkilinə daim önəm verdiyi üçün Mərkəz tərəfindən hər gün keçirilən müsahibələrin nəticələri, statistik göstəricilər, müsabiqə vəziyyəti və s. ilə bağlı günlük yekun məlumatlar verilib. Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə keçirilmiş bütün müsahibələrin videoçəkilişi aparılıb. Prosesə ictimai nəzarətin həyata keçirilməsi üçün isə QHT nümayəndələri də müstəqil ekspert qismində müsahibələrə cəlb olunub. Hər kəsə DİM-in saytında müsahibələrin keçirilmə qrafiki və nəticələri bölməsində nəticələrlə, ayrıca olaraq dövlət orqanı, vakant vəzifə və müsahibədə uğur qazanmış namizədlərin siyahısı ilə (http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVezUygNamSiyahi?ElanID=2, http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVezUygNamSiyahi?ElanID=3), eləcə də dövlət orqanları üzrə ərizə qəbulu və müsahibə mərhələsi üzrə statistika (http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVezUygDOUzreHesabat?ElanID=2, http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVezUygDOUzreHesabat?ElanID=3) ilə tanış olmaq imkanı yaradılıb.