Terrorçular mülki vətəndaşların yaşadığı əraziləri yandırır VİDEO


Dünya 17 Mar 2018 15:00:00 242 0

Terrorçular mülki vətəndaşların yaşadığı əraziləri yandırır  VİDEO

Türkiyə ordusunun Azad Suriya Ordusu ilə birlikdə Afrin bölgəsində apardığı antiterror əməliyyatı nəticəsində 57 gün ərzində 3567 terrorçu zərərsizləşdirilib.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə Ordu qərargahının saytında YPG terrorçuları ilə bağlı video yayılıb. Videoda terrorçuların mülki vətəndaşların yaşadığı ərazilərə benzin tökərək qəsdən yanğın törətməsi əks olunub. Bu video ilə terrorçuların "türklər Afrində yerli sakinləri öldürür" yalanı ifşa edilib.

Həmçinin məlumatda bildirilib ki, Afrinin daha iki kəndi ( Şeyh Bilal və Çarkatlı ) terrorçulardan azad edilib.