Məşhur aktyorun qəzaya düşdüyü anın GÖRÜNTÜLƏRİ


Digərləri 17 Mar 2018 13:16:00 270 0

Məşhur aktyorun qəzaya düşdüyü anın GÖRÜNTÜLƏRİ

Bakının Ziya Bünyadov prospektinin Nizami rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, Yasin Həziyev idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən maşınında texniki nasazlıq yaranıb, benzin nasosu xarab olub.

Avtomobildə olan aktyor sərnişin Fərhad Səmimi sürücüyə kömək etmək üçün aşağı düşüb. Bu zaman taksi fəaliyyəti ilə məşğul olan 38 yaşlı Firdovsi Məmmədovun idarə etdiyi "VAZ-2105" markalı avtomobil arxadan sürətlə gələrək "Mercedes"ə çırpılıb. Nəticədə Fərhad Səmimi yüngül bədən xəsarəti alıb. Ona ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid foto