Azərbaycanda 6 nəfərin ölümünə səbəb olan DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜLƏRİ VİDEO FOTO


Digərləri 17 Mar 2018 13:08:00 288 0

Azərbaycanda 6 nəfərin ölümünə səbəb olan DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜLƏRİ  VİDEO  FOTO

Ağsu-Kürdəmir avtomobil yolunun Muradlı kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, qəza zamanı 6 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

"VAZ 2106" və "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində ölən 4 nəfər Siyəzən rayon sakinləri, Nazim Hüseynov, Mehdi Xankişizadə, Orxan Bədəlov və Pərviz Bayramov "VAZ 2107"nin sərnişini olublar.

Qalan 2 nəfər "VAZ 2106"nın sürücüsü, 56 yaşlı Teymurşah İsmayılovla, həyat yoldaşı, 57 yaşlı Mehparə İsmiyevadır.

"VAZ 2107"nin sürücüsü, Ağsu sakini, 35 yaşlı Səbuhi Quliyev isə ağır bədən xəsarətləri aldığı üçün Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Xəbərə aid fotolar