Filippində təyyarə qəzaya uğradı


Dünya 17 Mar 2018 13:00:00 234 0

Filippində təyyarə qəzaya uğradı

Filippində təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Bulakan əyalətində baş verib.

"Lite Air Express" şirkətinə məxsus təyyarədə 6 sərnişin və 1 pilot olub. Hazırda qəzanın baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır.