Samsung Qled TV "Q" keyfiyyəti erası.


Digərləri 17 Mar 2018 10:00:00 278 0

Samsung Qled TV  "Q" keyfiyyəti erası.

Hər il adət etdiyimiz televizorun siması dəyişir və yenilənir. Samsung isə bizə televizor aləmində yeni qüsursuz təsvir və dizayn erasını təqdim edir. Qled TV xəttinin televizorları məşhur alman İT-jurnalı olan "Video" nəşri tərəfindən hər üç kateqoriyada mükafata layiq görülmüş ilk məhsullardır. Bu televizorlar REFERNZ, INNOVATION və HIGHLIGHT kateqoriyaları üzrə 2017-ci ilin qalibləri seçilmiş və "nümunəvi HDR TV" adına layiq görülmüşdürlər. Yeni televizor ilə birlikdə Samsung bizə yeni keyfiyyət anlayışı da təqdim edir - "Q" keyfiyyəti. Belə ki, Qled TV-də təsvirin ötürülməsi Quantum Dot texnologiyası sayəsində həyata keçirilir ki, bu da, öz növbəsində, innovativ xəlitənin (qarışığın) köməyi ilə ideal rəng ötürməsini təmin edir. Nəticədə, heç zaman solmayan, geniş rəng palitrası diapazonuna malik keyfiyyətli təsvir əldə olunur. Həmçinin, ekranda gördüyünüz təsvir dərin rəng ötürülməsi və təzadlıqla da təmin edilir. Belə ki, günün istənilən vaxtı, işıqlandırılma şəraitindən asılı olmayaraq siz öz ekranınızda parlaq görüntüdən həzz ala bilərsiniz. Q HDR 2000 texnologiyası sayəsində isə rejissorun təsvir etdiyi hər bir xırda detalı seyr edə, təsvirin işıqlı və qaranlıq fraqmentlərində əvvəllər gizli qalan detalları seçə bilərsiniz. Ən əsası isə genişləndirilmiş baxış bucağı sayəsində, ekranda ötürülən təsvir istənilən bucaq altında dəyişilməz qalacaq.

Qled televizorları yalnız keyfiyyətli təsvirin təcəssümü deyil, o, həm də televizorda ola biləcək ən incə dizayn nümunəsidir. Metal korpus və "360" dizaynı ilə Qled TV istənilən interyerə uyğundur. "Çərçivəsiz " ekran isə, sərhədsiz görüntü deməkdir. Bu səbəbdən 4 bir yandan haşiyəyə alınmamış displey ekranda baş verənlərin ab-havasına dalmağa imkan yaradır. Hamar teksturalı arxa panelli və dolaşıq kabelləri olmayan televizor, altıq üzərində və ya divara quraşdırılmasından asılı olmayaraq hər bir interyerin bəzəyidir. Belə ki, indi bütün qoşulma kabelləri arxa panelin altında gizlədilib və televizor hər bir yandan incə və müasir təəssüratı yaradır.