Qolf üçün də "ağıllı" eynək olacaq


Digərləri 17 Mar 2018 08:31:00 327 0

Qolf üçün də "ağıllı" eynək olacaq

ABŞ-ın "Nike" idman malları istehsalçısı qolf həvəskarları üçün ötürücülər və proyeksiya sistemi ilə təchiz edilən xüsusi eynəyi patentləşdirib.  

Son.az ICTnews-a istinadən bildirir ki, qurğu linzasına mikroproyektor və kameralar vasitəsilə informasiyanın daxil edildiyi eynəkdən ibarətdir. Məsələn, qolfçu topun trayektoriyası və olduğu yeri, küləyin gücü və istiqaməti, oyuğa qədər olan məsafə və s. barədə məlumat əldə edə biləcək. Bundan başqa, eynəyə oyun hesabı və rəqiblər haqqında informasiya daxil etmək mümkündür.

Məlumata görə, aksessuar baş verənləri qeydə alan və fotoçəkilişlər edən kameraya malikdir. Martın 8-də alınan patent hüququnun nə vaxt real məhsula çevriləcəyi naməlumdur.