Huawei Nova 2 Lite təqdim olundu


Digərləri 17 Mar 2018 08:21:00 249 0

Huawei Nova 2 Lite təqdim olundu

Çinin "Huawei" şirkəti "Nova" seriyasına aid olan yeni smartfon təqdim edib. "Nova 2 Lite" modeli ilkin sifariş üçün təxminən 192 ABŞ dollarına əlçatandır.

Son.az ICTnews-a istinadən bildirir ki, "Huawei Nova 2 Lite" smartfonu ikiqat kamera və arxa paneldə barmaq izləri skaneri ilə təchiz edilmiş çərçivəsiz dizayna malikdir. Smartfon "HD+" (720x1440 piksel) formatlı 5,99 düymlük ekran, 8 meqapiksellik ön kamera və 13+2 meqapiksellik əsas ikiqat kameraya malikdir.