IDEA “Eko-skaut”larının sayı gündən günə çoxalır (FOTO)


Digərləri 16 Mar 2018 18:44:00 198 0

IDEA “Eko-skaut”larının sayı gündən günə çoxalır (FOTO)

IDEA İctimai Birliyinin təşəbbüsü ilə start verilən və gənclərin böyük marağına səbəb olan “Eko-skaut” layihəsi uğurla davam edir.

Bakı. IDEA İctimai Birliyinin təşəbbüsü ilə start verilən və gənclərin böyük marağına səbəb olan “Eko-skaut” layihəsi uğurla davam edir. İctimai Birlikdən Trend-ə verilən məlumata görə, IDEA eko-skautlarına qoşulmaq üçün qeydiyyatdan keçən yeni üzvlərlə 15 mart tarixində IDEA Resurs Mərkəzində görüş keçirilib. Qeyd edək ki, sözügedən layihəyə ötən ilin mart ayında start verilib. Layihənin məqsədi gəncləri təbiətin mühafizəsinə cəlb etmək, onları təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadəyə təşviq etmək, canlı aləmi dərindən öyrənməyə və qorumağa, eləcə də cəmiyyətdə faydalı ekoloji işlərlə məşğul olmağa sövq etməkdən ibarətdir. IDEA eko-skaut layihəsi gənclərə planetimiz üçün təhlükə yaradan ekoloji problemləri dərk etmək və bu problemlərin həllinə digərlərini də cəlb etməklə, bu ictimai hərəkatda iştirak etmək və onun lideri olmaq imkanı yaradır.