Azərbaycan və Rumıniya arasında avtomobil, dəniz nəqliyyatı və mülki aviasiya sahəsində əməkdaşlığın aktivləşləşdirilməsi müzakirə olunub


Digərləri 16 Mar 2018 18:33:00 177 0

Azərbaycan və Rumıniya arasında avtomobil, dəniz nəqliyyatı və mülki aviasiya sahəsində əməkdaşlığın aktivləşləşdirilməsi müzakirə olunub

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini ilə görüşüb

Bakı. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini xanım Ana Birçallı ilə görüşüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Avropa İttifaqı ölkələrinin qabaqcıl təcrübəsini nəzərə alaraq, ölkəmizdə yüksək texnologiyaların inkişafı, nəqliyyat əməliyyatlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, iki ölkə arasında avtomobil, dəniz nəqliyyatı və mülki aviasiya sahəsində əməkdaşlığın daha da aktivləşləşdirilməsi müzakirə olunub. Bildirilib ki, hazırda Azərbaycan-Rumıniya arasında əlaqələr müxtəlif sahələrdə o cümlədən nəqliyyat və İKT sahələrində davamlı olaraq inkişaf edir.