Türkiyə prezidenti: “Ey Avropa Parlamenti, siz nə vaxtdan Türkiyəyə ağıl verməyə başlamısınız?”


Dünya 16 Mar 2018 16:13:43 278 0

Türkiyə prezidenti: “Ey Avropa Parlamenti, siz nə vaxtdan Türkiyəyə ağıl verməyə başlamısınız?”

"Ərzurumdan çəkiləcək dəmiryolu xətti Tbilisiyə, oradan Bakıya və Çinədək uzanaca"

“Ey Avropa Parlamenti, siz nə vaxtdan Türkiyəyə ağıl verməyə başlamısınız?”

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurumda Ədalət və İnkişaf Partiyasının (AKP) Ərzurum əyaləti təşkilatının konfransında bildirib.

“O ağılı özünüzə saxlayın. 7 ildir 3,5 milyon suriyalını qonaq edən bizik. Qapıları açıb onları Avropaya göndərsəydik, qaçıb gizlənməyə dəlik axtaracaqdınız. Biz insanlıq etdik. Siz insanlıqdan anlamırsız. Sizin qəbul etdiyiniz qərarlar bu qulağımızdan girib, o birindən çıxar”.