Lənkəranda iki maşın toqquşdu, birinin sürücüsü öldü


Digərləri 16 Mar 2018 14:48:25 211 0

Lənkəranda iki maşın toqquşdu, birinin sürücüsü öldü

Martın 15-də saat 17 radələrində Lənkəran rayonunun Şağlaküçə kəndində rayon sakinləri Abutalıb Şahbazovun və Fərid Əmirovun idarə etdikləri iki “VAZ-2107” markalı avtomobil toqquşub.

Bakı. Martın 15-də saat 17 radələrində Lənkəran rayonunun Şağlaküçə kəndində rayon sakinləri Abutalıb Şahbazovun və Fərid Əmirovun idarə etdikləri iki “VAZ-2107” markalı avtomobil toqquşub. DİN-dən Trend-ə verilən məlumata görə, nəticədə A.Şahbazov və 3 sərnişini xəstəxanaya yerləşdirilib, A.Şahbazov orada ölüb.