Türk ordusundan çağırış: Afrini tərk etmək istəyənlərin təhlükəsizliyinə zəmanət veririk


Dünya 16 Mar 2018 13:15:04 285 0

Türk ordusundan çağırış: Afrini tərk etmək istəyənlərin təhlükəsizliyinə zəmanət veririk

Türkiyə Silahlı Qüvvələrindən Afrin bölgəsinin mülki vətəndaşlarına xəbərdarlıq edilib.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, xəbərdarlıqda mülki vətəndaşlara TRT radiosunu dinləmək də tövsiyə olunub.

"Hörmətli, Afrinli qardaşlarımız, PKK/PYD/YPG/İŞİD terror təşkilatları illərdir sizə də, bizə də həm maddi, həm də mənəvi ziyan vurur. Sizi evinizdən, yurdunuzdan məhrum edib, sevdiklərinizdən ayırdılar. Terrorçuları dayandırmağın vaxtı çatıb. Bizim hədəfimiz sizə əziyyət edən terrorçulardır.

Terrorçulardan, onların sığınacaqlarından uzaq durun. Sizi və uşaqlarınızdan qalxan kimi istifadə etmələrinə icazə verməyin.