Müdafiə naziri cəbhə bölgəsində yeni helikopter hərbi hissəsində VİDEO FOTO


Digərləri 16 Mar 2018 12:41:00 261 0

Müdafiə naziri cəbhə bölgəsində yeni helikopter hərbi hissəsində  VİDEO  FOTO

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində bazalaşdırılan yeni helikopter hərbi hissəsində olub.

MN-dən Son.az-a verilən məlumata görə, uçuş və texniki heyətlə görüşən Müdafiə naziri ordu aviasiyasının döyüşə hazırlıq səviyyəsi, onun imkanları və effektiv tətbiqi vəziyyətini yoxlayıb.

General-polkovnik Z.Həsənov hərbi pilotların uçuş praktikası, onların təlim-məşq hazırlığının plana müvafiq şəkildə həyata keçirilməsi ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığı qarşısında tapşırıqlar qoyub.


Xəbərə aid fotolar