Maşın yolu təmir edən texnikaya çırpıldı


Digərləri 16 Mar 2018 12:43:00 293 0

Maşın yolu təmir edən texnikaya çırpıldı

Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 82-ci km-də təmir işləri aparılan ərazidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, Bakı şəhəri istiqamətində hərəkət edən 10 XN 136 dövlət nömrə nişanlı "Mercedes" markalı minik maşınının sürücüsü idarəetməni itirərək avtomobili təmir işləri aparılan ərazidə öncədən xəbərdarlıq nişanları qoyulmasına baxmayaraq, yol kənarında təmir işləri aparan texnikaya çırpıb.

Nəticədə qəza zamanı maşında olan iki sərnişin dünyasını dəyişib, yaralılar var.

Hazırda faktla bağlı araşdırma aparılır.

Yusif Nəsirli Son.az


Xəbərə aid fotolar