Evdən qaçan 16 yaşlı qız tapıldı "Bir qadının yanında..."


Digərləri 16 Mar 2018 12:25:00 285 0

Evdən qaçan 16 yaşlı qız tapıldı  "Bir qadının yanında..."

Bakıda itkin düşən 16 yaşlı qız tapılıb.

Son.az xəbər verir ki, bu barədə aznews.az-a itkin düşən qızın atası Elşən Əliyev deyib. Onun sözlərinə görə, Kəklik Əliyeva Nərimanov rayonu ərazisində bir qadının yanında olub:

"Kəklik 5 nömrəli litseydə təhsil alır. Son vaxtlar dərsdən evə gec gəlirdi. Anası da onu buna görə danlayırdı. Beləcə, mübahisə düşüb, Kəklik də evdən gedib. O, Nərimanov rayonunda bir qadının salonunda işə girib. Hazırda polis şöbəsindəyik, Kəklik ifadə verir".