Yol təmiri aparılan ərazidə ağır qəza baş verib


Digərləri 16 Mar 2018 12:27:00 174 0

Yol təmiri aparılan ərazidə ağır qəza baş verib

Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 82-ci km-də təmir işləri aparılan ərazid ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 82-ci km-də təmir işləri aparılan ərazid ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri istiqamətində hərəkət edən 10-XN-136 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşının sürücüsü idarəetməni itirərək avtomobili, təmir işləri aparılan ərazidə öncədən xəbərdarlıq nişanları qoyulmasına baxmayaraq yol kənarında təmir işləri aparan texnikaya çırpıb.