TREND-in əməkdaşı KİVDF-nin fərdi jurnalist yazıları müsabiqəsinin qalibi olub


Digərləri 16 Mar 2018 11:34:00 190 0

TREND-in əməkdaşı KİVDF-nin fərdi jurnalist yazıları müsabiqəsinin qalibi olub

TREND-in əməkdaşı KİVDF-nin fərdi jurnalist yazıları müsabiqəsinin qalibi olub.

Bakı. Samir Əli - Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin mükafatlandırılması mərasimi keçirilib. Trend-in məlumatına görə, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, müsabiqədə 67 kütləvi informasiya vasitəsi iştirak edib və müsabiqəyə 169 yazı daxil olub: "Yazılar ekspertlər tərəfindən qiymətləndirilib və hər istiqamətdə 6 yazı qalib elan edilib. Birinci yer üzrə 1, ikinci yer üzrə 2, 3-cü yer üzrə 3 yer müəyyən edilib. Ümumilikdə, 15 istiqamət üzrə 90 yazı qalib elan olunub".