Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvana yola salınıb (FOTO)


Digərləri 16 Mar 2018 11:04:00 234 0

Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvana yola salınıb (FOTO)

Prezidenti İlham Əliyevin tapşırığına əsasən Qaradağ rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan məktəblilərinin “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyalarının növbəti mərhələsi təşkil olunub.

Bakı. Prezidenti İlham Əliyevin tapşırığına əsasən Qaradağ rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan məktəblilərinin “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyalarının növbəti mərhələsi təşkil olunub. Qaradağ Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu ekskursiyalar ölkәmizin tarixini dәrindәn öyrәnmәklә bərabər, gәnclәrimizә Ümummilli Lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Prezident İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaradır. Doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur-aksiyaların əhəmiyyəti çox böyükdür. Sayca 9-cu tur-aksiya çərçivəsində Qaradağ rayonundan olan 27 nəfər məktəblinin növbəti dəfə səfəri təşkil olunub. Prezident İlham Əliyevin tapşırığına əsasən 15-18 mart 2018-ci il tarixlərində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən bu tur-aksiyada Qaradağ rayon məktəbliləri Naxçıvan Muxtar Respublikasına səfər edəcəklər. Mart ayının 14-də Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində tur-aksiyada iştirak edəcək Qaradağ rayon məktəblilərinin yola salınması ilə bağlı görüş keçirilib. Əvvəlcə iştirakçılar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə ucaldılan abidənin önünə tər güllər düzüb, dahi rəhbərə hörmət və ehtiramlarını bildirdilər. Görüşdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şagirdlərə turun məqsədi barədə məlumat verib, ölkə başçısı cənab İlham Əliyev tərəfindən gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq" layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq. Qeyd olunub ki, tur-aksiya zamanı məktəblilərin Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkəzinə, Bayraq Meydanına, muzeylərə, Olimpiya İdman Komplekslərinə, Duz dağına və digər tarixi yerlərə də səfərləri təşkil olunacaq. Sonra rayonun Lökbatan qəsəbəsindəki C.Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbi və Ə.Əmirov adına Mədəniyyət sarayının kollektivlərinin hazırladıqları musiqi proqramı təqdim olunub.