Bank of Baku-dan “Novruza özəl 0% KREDİT” kampaniyası!


Digərləri 16 Mar 2018 10:46:30 197 0

Bank of Baku-dan “Novruza özəl 0% KREDİT” kampaniyası!

“Bank of Baku” Novruz Bayramı münasibətilə yeni kampaniyaya – 0% Kredit kampaniyasına start verir.

Bakı. “Bank of Baku” Novruz Bayramı münasibətilə yeni kampaniyaya – 0% Kredit kampaniyasına start verir. Bankdan Trend-ə verilən məlumata görə, hər zaman müştərilərinə yaxın bankçılıq xidməti göstərən və onların istəklərinə üstünlük verən Bank, elan etdiyi yeni kredit kampaniyası ilə bayram sevincinə sevinc qatacaq. Belə ki, kampaniya müddəti ərzində kedit əldə etmiş şəxslər, növbəti ay əsas məbləği əlavə faiz olmadan ödəyərək kredit borcunu bağlaya bilərlər. Məsələn, bu ayın 19-da 1000 AZN kredit əldə etmiş şəxs, növbəti ayın, yəni aprelin 19-da, 1000 AZN ödəyərək kredit borcunu tamamilə, heç bir əlavə faiz ödəmədən bağlaya bilər. Kredit kampaniyasının bir digər üstünlüyü kredit borcunu tam bağlaya bilməyən şəxslərə ilk ayın faizlərinin HƏDİYYƏ olunmasıdır.