Baş nazirin qızı VİDEO yayıb ölkədən qaçdı: "Atam qatildir, neçə insanları öldürüb..." FOTO


Dünya 16 Mar 2018 10:02:51 269 0

Baş nazirin qızı VİDEO yayıb ölkədən qaçdı: "Atam qatildir, neçə insanları öldürüb..."  FOTO

Dubay əmiri, Birləşmiş Ərəb Əmirliklərinin vite-prezidenti və baş naziri, dünyanın ən zəngin adamlarından biri Muhammed bin Rəşid əl-Məktumun qızı ölkədən qaçıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "The Daily Mail" və "New York Post" yazır. Məlumata görə baş nazirin 33 yaşlı qızı Lətifə öləcəyi və ya başına başqa xoşagəlməz hadisələrin gələcəyi təqdirdə yayılmaq üçün videomüraciət qoyub. Videomüraciətdə o bildirir ki, ölkədən qaçmağı qərara alıb, çünki bu ərəb ölkəsində normal yaşamaq mümkün deyil.

"Mən bu videonu çəkirəm, çünki bu, mənim son videom ola bilər...", - Lətifə bildirir.

Lətifə deyir ki, o zəngin şeyxin 30 övladından biridir. Bildirdiyinə görə, həmin səbəb üzündən böyük bacısı da ölkədən qaçıb: ona avtomobil sürməyi qadağan ediblər və şəxsi həyatını çərçivəyə salıblar.

Lətifənin sözlərinə görə o, özü artıq bir dəfə - yeniyetməlik çağında ölkədən qaçmağa cəhd edib və buna görə 3 il həbsxanada keçirməli olub. Habelə bundan əvvəl qardaşı ölkəni tərk edib. O bildirib ki, illərdir atasının işgəncələrinə məruz qalır


Xəbərə aid fotolar