AMEA işçilərinin əməkhaqlarına olan artımlar martın maaşı ilə birlikdə ödəniləcək


Digərləri 16 Mar 2018 09:56:00 189 0

AMEA işçilərinin əməkhaqlarına olan artımlar martın maaşı ilə birlikdə ödəniləcək

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) əməkhaqqı artırılan professor və dosentlərin vəzifə maaşlarına olan artımlar mart ayının maaşı ilə birlikdə ödəniləcək.

Bakı. İlhamə İsabalayeva – Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) əməkhaqqı artırılan professor və dosentlərin vəzifə maaşlarına olan artımlar mart ayının maaşı ilə birlikdə ödəniləcək. Bu barədə özəl olaraq Trend-ə AMEA-dan məlumat verilib. Akademiyadan bildirilib ki, AMEA-da çalışan və elmi adı olan 1400 alimin – 1060 dosent, 340 professorun əməkhaqqına artım əlavə edilib. Bu artım dosent və professorların vəzifə maaşlarına elmi adlara görə əlavələrin verilməsi ilə baş verib. Artım yanvarın 1-dən hesablanacaq. Alimlər mart ayının maaşını alarkən yanvar və fevral ayları üçün nəzərdə tutulan artımları da əldə edə biləcəklər.