Evlilikdən qaçıb rahibə olmaq: Yazıya görə ömürlük susdurulan Juana


Digərləri 16 Mar 2018 03:30:00 332 0

Evlilikdən qaçıb rahibə olmaq: Yazıya görə ömürlük susdurulan Juana

Dünyada qadın kimi düşünə bilmək cəsarəti sadəcə bu günün problemi deyil. Bir vaxtlar monastıra uyğun düşünə bilməyən qadınlar da yaşayırmış. Gündəlik məişət işlərindən kənara çıxmaq istəyən bu qadınlar yazmaq üçün cəhdlər edirdilər. Bu cəhdlər yetərincə anlaşılmaz görünsə də, bəzi qadınlar bunu çox gözəl bacarırdılar. Məşhur rahibə Tereza kimi Juana Kruz da evlilikdən xilas yolu kimi rahibə olmağı seçmişdi.

Son.az bildirir ki, şairə və rahibə kimi tanınan meksikalı Juana Kruz qadınların azad olmasında aparıcı rol oynamışdı. Evlilikdən qaçmaq üçün rahibə olan Juana monastıra uyğunlaşa bilmirdi. Hər kəs kişi kimi düşündüyünü desə də, onun əl qabiliyyəti çox gözəl idi. Bəs axı o, niyə bu qədər düşünürdü? Ətrafındakı şəxslərin suallarına isə belə cavab verirdi:

- Biz qadınlar mətbəx fəlsəfəsindən başqa nə bilirik ki?

Rahib Qaspar de Astetin "Xristian qadının yazmağı bilməsi lazımsızdır, bu onun həyatına zərər verər" kimi xəbərdarlıqlarına baxmayaraq, Juana yazmağa davam etdi.

Rahibə Tereza kimi yazmağa cürət etməsi bəs deyilmiş kimi, Juana həm də çox gözəl yazırdı. Fərqli zamanlarda eyni torpaqlarda yaşayan bu iki qadının yazmaq istəyini bütün qadınların hüquqlarını qoruma uğrunda mübarizə kimi də qiymətləndirmək olar. Bu seçimlərinin nəticəsi olaraq, hər ikisi də kilsə tərəfindən günahlandırılaraq inkvizisiyaya məhkum qalacaqdılar.