Aktyor Mett Deymon Donald Trampa görə Avstraliyaya köçür


Digərləri 16 Mar 2018 02:57:31 184 0

Aktyor Mett Deymon Donald Trampa görə Avstraliyaya köçür

O, prezidentin əlindən təngə gəlib

Hollivud aktyoru Mett Deymon ailəvi olaraq Avstraliyaya köçmək qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə öz mənbəsinə istinadən "Page Six" nəşri məlumat yayıb.

Aktyorun bu qərarı qəbul etməsinə səbəblərdən biri kimi, onun ABŞ prezidenti Donald Trampın əlindən təngə gəlməsi göstərilir.

Nəşr yazır ki, o, yaşayış yerini dəyişmək səbəbləri barədə Hollivuddakı həmkar və dostlarına danışıb.

Həmsöhbət həmçinin əlavə edib ki, bu addım, aktyorun fikrincə, onun kinodakı işinə təsir göstərməyəcək.

2016-cı ilin noyabrında amerikalı reper Snup Doq Donald Trampın ABŞ prezidenti seçkilərində qalib gəlməsi səbəbindən Kanadaya köçməyə hazırlaşdığını bildirmişdi.