Evi yeniləmək üçün pula gərək yoxdu


Digərləri 16 Mar 2018 02:30:00 376 0

Evi yeniləmək üçün pula gərək yoxdu

Evinizi başdan ayağadək yeniləməyin iki ucuz yolu var: atmayın, qiymətləndirin. Son.az ailem.az-a istinadən ən ucuz dekorasiya təklifləri təqdim edir.

- Köhnə nərdivanlarınızı çox yer tutduğu üçün atmayın. Hər pilləsinə uzundan qısaya doğru taxtalar qoyun. Kiçik toxunuşlarla ayaqqabı rəfi hazırlamaq bu qədər sadədir

- Taxta yeşiklərin ev dekorasiyasındakı əhəmiyyətini bu xəbərdən anlayacaqsınız. Yeşikləri istədiyiniz formada bir araya gətirərək jurnal stolu hazırlaya bilərsiniz. Ayaqlarına təkər taxmaq işlərinizi asanlaşdıracaq.

- Jurnal stolu üçün daha bir ideya. Uzun və düz taxtalar toplayın, onları təmizləyin. Bir-birinə stol formasında birləşdirərək üzərinə şüşə qoyun.

- Bir taxta parçası və bir neçə metr ip götürün. Unudulmaz anlarınızı əks etdirən fotolarınızı iplərdən asın.

- İstifadə etdiyiniz şüşə butulkaları atmayın. Bu şüşələri rəngləyərək maraqlı vazalar əldə edin.

- Köhnə bir qapınız var və hələ atmamasınız. Onu divarınızda möcüzə bir dekorasiya vasitəsinə çevirə bilərsiniz. Ailə fotolarınızı onun içərisinə yerləşdirin.

- Mebelləriniz köhnədir deyə atmayın. Krujeva və boya vasitəsilə onları yeniləyin.