NATO baş komandanı Avropadakı qoşunların sayını artırmağa çağırıb


Dünya 15 Mar 2018 23:09:00 301 0

NATO baş komandanı Avropadakı qoşunların sayını artırmağa çağırıb

NATO Avropada daha çox qoşun yerləşdirməlidir. Son.az APA-ya istinadən bildirir ki, bu barədə NATO-nun Avropadakı qüvvələrinin baş komandanı amerikalı general Kertis Skaparroti.

"İstər rotasiya, istərsə də daimi əsasda, hesab edirəm ki, NATO Avropada daha çox qoşun yerləşdirməlidir. Mən hesab etmirəm ki, mövqelərimiz lazımi səviyyəyə çatdırılıb. Bu səbəbdən, əlavə daimi qüvvələrin yerləşdirilməsini istərdim", - deyə Kertis Skaparroti Konqresin Nümayəndələr Palatasında çıxışı zamanı qeyd edib.