Həsənağa Turabovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib (FOTO)


Digərləri 15 Mar 2018 22:08:40 289 0

Həsənağa Turabovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Heydər Əliyev Mərkəzində Həsənağa Turabovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Bakı. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Respublika Dövlət mükafatları laureatı, xalq artisti Həsənağa Turabovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirin aparıcısı Tərlan Akcay iştirakçıları salamlayıb, sənətkarın çoxsaylı tamaşalarda və ekran əsərlərində böyük ustalıqla canlandırdığı mürəkkəb xarakterli, müxtəlif dünyagörüşlü obrazların kino və teatr tarixində qoyduğu izlərdən danışıb. Həsənağa Turabovun həyat və yaradıclığından bəhs edən videogörüntü nümayiş olunub.