Dünyanın ən ucuz və ən bahalı şəhəri açıqlanıb


Dünya 15 Mar 2018 21:58:42 261 0

Dünyanın ən ucuz və ən bahalı şəhəri açıqlanıb

Siyahı hazırlanan zaman Nyu-Yorkdakı həyat tərzi səviyyəsi əsas götürülüb

2018-ci ildə dünyanın ən ucuz şəhəri Suriyanın paytaxtı Dəməşq olub.

“Report” xəbər verir ki, bu barədə "The Economist Intelligence Unit" adlı tədqiqatın nəticələrində deyilir.

Siyahı hazırlanan zaman Nyu-Yorkdakı həyat tərzi səviyyəsi əsas götürülüb. Həmçinin beşliyə Karakas (Venesuela), Alma-Ata (Qazaxıstan), Laqos (Nigeriya) və Banqalor (Hindistan) daxil olub.

Ən bahalı şəhərlər siyahısına Sinqapur başçılıq edib. Onun ardınca Paris, Sürix, Honkonq və Oslo qərarlaşıb.