İsmayıllı sakini plastik su borusundan musiqi aləti hazırlayıb


Digərləri 15 Mar 2018 21:45:00 293 0

İsmayıllı sakini plastik su borusundan musiqi aləti hazırlayıb

İndiyə qədər bir çox musiqi aləti düzəldən ifaçı-usta daha bir yeniliyə imza atıb.

Son.az bildirir ki, İsmayıllı sakini Əlicavad Cavadov yeni növ balaban düzəldib. "Baş balaban" adını verdiyi nəfəs aləti plastik su borusundan hazırlanıb və quruluşu ilə digərlərindən fərqlidir.

Balaban digər nəfəs alətlərindən musiqi dili ilə desək, bir oktava aşağıdır-bəm səsə malikdir. Ustanın dediklərinə görə, əvvəllər taxtadan düzəltdiyi alətlərdə bu oktava da səs yox imiş.