Fillərin də "parti"si olur


Digərləri 15 Mar 2018 21:06:00 238 0

Fillərin də "parti"si olur

Taylandın qərbindəki Kançanaburi şəhərində Fillərin Xilası Təşkilatı fillər üçün İsveç masası açıb.

Son.az musavat.com-a istinadən bildirir ki, meyvələrdən ibarət bu masanın qurulması isə milli bayrama görə olub. Tədbirdən hazırlanan video-reportaj YouTube kanalına yüklənib. Reportajda yerli sakinlər milli geyimlər geyiniblər və müxtəlif musiqi alətlərində ifa edirlər. Bundan başqa, heyvanlar da uzun masadan banan və qarpız yeyirlər. 

Fond rəhbəri deyir ki, onlar bu yolla fillərə təşəkkür etmək və təsərrüfatda etdikləri yardımlara görə minnətdarlıqlarını bildirmək istəyiblər. Bayrama turistlər də qatılıb. Rolikdə onlar tədbirlə bağlı təəssüratlarını bölüşüblər.