Bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib (FOTO)


Digərləri 15 Mar 2018 20:14:00 246 0

Bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib (FOTO)

Bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

Bakı. Ənvər Məmmədov - Bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib. Trend-in məlumatına görə, mərasim "Gimnastika - gələcəyin səsi" şüarı altında gimnastikanın bütün növlərinin birləşməsinə həsr olunub. Məqsəd olaraq gənclər arasında sağlam həyat tərzinin təbliğatını seçmiş Azərbaycan Gimnastika Federasiyası açılış mərasimi vasitəsilə tamaşaçılara müraciət etməyi qərara alıb. Mərasim Azərbaycan himninin bir çox beynəlxalq festivalların iştirakçısı, adı Azərbaycan gənc istedadlarının "Qızıl kitabı"na salınmış 12 yaşlı Fidan tərəfindən ifa olunması ilə başladı. Daha sonra səhnə müxtəlif gimnastika elementləri nümayiş etdirən gimnastların öhdəsinə verildi. Bu çıxışlarla da turnirin ilk günü başa çatdı.