Fransa Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər görəcək


Dünya 15 Mar 2018 19:18:00 286 0

Fransa Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər görəcək

Fransa Prezidenti Emmanuel Makron Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi ilə əlaqədar yaxın günlərdə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər görəcəklərini elan edəcək.

Son.az report-a istinadən xəbər verir ki, məlumatı "Reuters" agentliyi yayıb.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Solsberidə ticarət mərkəzinin yaxınlığındakı skamyada tapılıb. Onlar zəhərlənmə ilə xəstəxanaya çatdırılıblar. Bu hadisədə xəsarət alanların sayı, təqribən, 21 nəfərdir. Onların arasında hadisə yerinə ilk çatan Nik Beyli adlı şəxs də var.

Britaniya hakimiyyəti Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib.