Olimpiya çempionu Bakıda keçirilən Dünya Kubokunda çətinləşdirilmiş proqramını nümayiş etdirib


Digərləri 15 Mar 2018 18:51:56 220 0

Olimpiya çempionu Bakıda keçirilən Dünya Kubokunda çətinləşdirilmiş proqramını nümayiş etdirib

İdman gimnastikası üzrə halqalarda hərəkətlərdə Olimpiya çempionu, yunanıstanlı Elefterios Petrunias Bakıda keçirilən Dünya Kubokunda çətinləşdirilmiş proqramını nümayiş etdirib

Bakı. Maksim Tsurkov - İdman gimnastikası üzrə halqalarda hərəkətlərdə Olimpiya çempionu, yunanıstanlı Elefterios Petrunias Bakıda keçirilən Dünya Kubokunda çətinləşdirilmiş proqramını nümayiş etdirib. Bu barədə Trend-ə idmançı özü deyib. O bildirib: “2014-cü ildən bəri bu mənim proqramıma edilən ilk dəyişikliklər idi. Dünya Kubokunda mənim əsas məqsədim çətinləşdirilmiş proqramı sınaqdan keçirmək idi. Mən bu sınağın öhdəsindən gəldim, xoşbəxtəm ki, hər şey yaxşı alındı”. Qeyd edək ki, E.Petrunias halqalarda hərəkətlər üzrə 15,400 xal yığaraq təsnifatın yekununda birinci yeri tutub.