“Azərbaycan Hava Yolları” və “Silk Way Travel” Moskvada sərgidə iştirak edib


Digərləri 15 Mar 2018 17:40:00 375 0

“Azərbaycan Hava Yolları” və “Silk Way Travel” Moskvada sərgidə iştirak edib

Moskvada milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" və AZAL-ın əsas tərəfdaşı - "Silk Way Travel" turizm agentliyinin də iştirak etdiyi "Səyahət və turizm" MITT 2018 25-ci yubiley beynəlxalq sərgisi başa çatmışdır.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, AZAL və "Silk Way Travel" Mədəniyyət və Turizm Nazirliyi, eləcə də digər yerli şirkətlər ilə birgə "Azərbaycan" vahid stendində öz aviasiya və turizm imkanlarını təqdim etmişlər.

Sərgi çərçivəsində həmçinin əməkdaşlıqda maraqlı olan xarici turizm operatorları, korporativ müştərilər, turizm sahəsinin nümayəndələri ilə turizm sahəsində əməkdaşlığın yaradılması və inkişafı məqsədi ilə görüşlər və danışıqlar keçirilmişdir. Sərgi iştirakçıları və ziyarətçilərinə Azərbaycanın ilk loukost aviaşirkəti "Buta Airways" haqqında aktual və faydalı məlumat təqdim olunmuşdur. Sərgi ziyarətçiləri loukosterin marşrut şəbəkəsinin istiqamətləri və onu digər aşağı büdcəli aviaşirkətlərdən fərqləndirən cəhətlərlə tanış olmuşlar.

Turizm agentliyi bazarında ən böyük şirkətlərindən biri - "Silk Way Travel" sərginin qonaqlarını Azərbaycanın turizm sektorunun sərfəli təklifləri ilə tanış etmişdir. Sərgi çərçivəsində ziyarətçilər qarşıdakı turizm mövsümünün tendensiyaları, maraqlı istiqamətlər, turizm sektorunun perspektivləri və s. tanış olmuşlar.


Xəbərə aid fotolar