Mladen İvaniç: Qlobal Bakı Forumu dünyada ən mühüm müzakirə meydançalarından biridir (ÖZƏL)


Digərləri 15 Mar 2018 13:33:00 184 0

Mladen İvaniç: Qlobal Bakı Forumu dünyada ən mühüm müzakirə meydançalarından biridir (ÖZƏL)

"Qlobal Bakı Forumu dünyada ən mühüm müzakirə meydançalarından biridir".

Bakı. Fikrət Doluxanov - Qlobal Bakı Forumu dünyada ən mühüm müzakirə meydançalarından biridir. Bunu Trend-ə özəl müsahibəsində Bakıda keçirilən VI Qlobal Forumda iştirak edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç deyib. M.İvaniç qeyd edib: "Forumda müzakirə edilən mövzuları və iştirakçıların siyahısını nəzərdən keçirməklə demək olar ki, şübhəsiz, forum ildən-ilə daha effektli olur". Qlobal Bakı Forumunun beynəlxalq arenada hadisələrin inkişafını müzakirə etmək üçün meydan olaraq rolunu şərh edən Rəyasət Heyətinin üzvü bildirib ki, Forum çox vacib xarakter kəsb edir: "Belə ki, bu forumda müzakirə edilən mövzular bütün dünya üçün böyük əhəmiyyət daşıyan əhəmiyyətli məsələ və çağırışları əhatə edir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin