Qətər İtaliyadan 28 hərbi helikopter alacaq


Dünya 15 Mar 2018 13:03:04 287 0

Qətər İtaliyadan 28 hərbi helikopter alacaq

İki ölkə arasında 3 milyard avroluq müqavilə imzalanıb

Qətər İtaliyanın “Leonardo” dövlət şirkətinin daxil olduğu NHİ konsorsiumu ilə 3 milyard avroluq 28 “NH90” hərbi helikopterinin alınmasına dair müqavilə imzalayıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, müqavilənin imzalanması mərasimi martın 14-də beynəlxalq hərbi dəniz sərgisində reallaşıb.

Bildirilib ki, helikopterlərin Qətərə tədarükünün 2021-ci ildə başlanması nəzərdə tutulub.

“NHİ” konsorsiumuna “Leonardo” ilə yanaşı, “Airbus” və “Fokker”də daxildir.