Fatimə: "Təcavüzdən əvvəl qız uşağı idim"


Şou-biznes 15 Mar 2018 13:02:00 302 0

Fatimə: "Təcavüzdən əvvəl qız uşağı idim"

Rusiyada yaşayan azərbaycanlı aktrisa və müğənni Fatimə Abbasquliyeva haqqında deyilən tənqidlərə cavab verib.

Son.az axşam.az-a istinadən bildirir ki, Andrey Malaxovun "Canlı yayım" proqramına qonaq olan aktrisa rejissor Mark Razovskinin ona təcavüz etdiyini demişdi. Onun bu sözlərinə bir çoxları inanmamış, Fatimənin özünü reklam etdiyini bildirmişdi.

Aktrisa və Fatimə ilə eyni kursda oxuyan Svetlana Markovnikova onunla ərini bir otaqda tək tutduğunu bildirmişdi. Svetlana Fatimənin onun ərini əlindən almaq istədiyini iddia edirdi.

"O, məşqlərə adi corab geyinib gəlirdi, ayağını qaldırırdı və alt paltarı geyinmədiyi görünürdü. Beləcə, diqqət çəkirdi" deyə, Svetlana söyləyib.