Azərbaycanla İran arasınada Anlaşma Memorandumu imzalanıb (FOTO)


Digərləri 15 Mar 2018 12:27:00 250 0

Azərbaycanla İran arasınada Anlaşma Memorandumu imzalanıb (FOTO)

Azərbaycan-İran Dövlət Komissiyasının 12-ci iclasının yekunlarına dair Anlaşma Memorandumu imzalanıb.

Bakı. Martın 14-də Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclasının yekunlarına dair Anlaşma Memorandumu imzalanıb. Trend-in məlumatına görə, sənədi Dövlət Komissiyasının həmsədrləri - Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının İqtisadi işlər və maliyyə naziri Məsud Kərbasian imzalayıb.