Trampın oğlu boşanır FOTO


Digərləri 15 Mar 2018 09:53:00 244 0

Trampın oğlu boşanır  FOTO

ABŞ prezidenti Donald Trampın böyük oğlu Donald Tramp xanımı Vanessa ilə boşanır.

Son.az ABC-yə istinadən bildirir ki, 40 yaşlı Donald Trampla sabiq aktrisa 42 yaşlı Vanessa arasında problemlər çoxdan başlayıb. Onlar ata Donald Trampın ABŞ prezidenti postunda qalacağı müddətdə boşanmamaq qərarına gəlmişdilər. Lakin son vaxtlar münasibətlər hədsiz dərəcədə gərginləşib.

Boşanma prosesi başlanmasa da, oğul Trampla xanımı Vanessa ayrılıqda yaşayırlar.

2005-ci ildə ailə həyatı qurmuş Donald Trampla Vanessa Keyin Kay, Donald, Spenser, Tristan və Xloya adlı beş övladı var.