Məşhur aktrisa ziyafət libası ilə diqqət mərkəzində FOTO


Digərləri 15 Mar 2018 07:07:00 358 0

Məşhur aktrisa ziyafət libası ilə diqqət mərkəzində  FOTO

Tanınmış aktrisa Penelopa Kruz həyat yoldaşı Xavyer Bardemlə birlikdə Madriddə keçirilən "Actors & Actresses Union Awards" mükafatlarının təqdim olunma mərasiminə qatılıb.

Son.az xəbər verir ki, 43 yaşlı kino ulduzu dəbdəbəli geyimi ilə gecənin əsas ulduzu olub. Cütlüyün qırmızı xalçada çıxışından gözləri çəkmək mümkün olmayıb, onların birlikdə görünməsi xüsusi diqqətə layiqdir.

Gecə üçün aktrisa "Balmain" moda evindən boz rəngdə, qeyri-adi kəsimli libas seçib. O, çiyinlərini və sinə dekoltesini zərif şərflə örtüb, hansı ki, o da donun detalı idi. Paltarın ətəyindəki volonlar isə ulduzun cazibəsini bir qədər də artırıb. Cazibədar aktrisa obrazını elə paltarı rəngində bosonojka, kltaçla və qiymətli sırğalarla tamamlayıb. Makiyajda Penelopa kifayət qədər təmkinli davranıb, amma manikür və pedikürdə cəsarətli qırmızı laka müraciət edib.